Qoğal

   
 


 

 

Ana Sayfa

Menim olkem Azerbaycan

Mekteblilere

Her sey usaqlar ucun!

Nagillar

=> Şəngülüm, Şüngülüm, Məngülüm

=> Dovşanın qulaqları niyə uzundur?

=> Cik-Cik xanım

=> Qoğal

=> Turpun nağılı

=> Tülkü nece uçmaq öyrendi

=> Günəşin nağılı

Tapmacalar

Boyama resmleri

Rengareng sekiller

Oyunlar

Saytin Xeritesi

 


     
 


Biri var idi, biri yox idi.Bir baba ilə nənə var idi. Bir gün baba nənəyə deyir ki, qoğal bişir. Nənə bir gözəl həvəslə xamır yoğurmağa başladı. Nənə qoğalı xamaya batırdı, yağda qızartdı və soyuması üçün pəncərənin kənarına qoydu. Bir az keçdikdən sonra Qoğal dığırlanaraq pəncərədən masaya, ordan da döşəməyə, ordan da qapıya doğru, ordan da eşiyə, ordan da otların üstünə, ordan da artırmaya, ordan da həyətə, ordan da darvazaya, ordan da daha uzaqlara dığırlanmaqda davam etdi.
Yolda qoğal dovşana rast gəldi. -Qoğal, ay qoğal mən səni yeyəcəm. -Məni yemə,ay dovşan.Sənə mahnı oxuyaram,- dedi və oxumağa başladı: Umdum qoğal olmuşam Süd ilə yoğrulmuşam Babadan da qaçmışam, nənədən də qaçmışam, Səndən nə var qaçmağa, deyib dığırlanaraq qaçdı.
Qoğal bir az da dığlrlandıqdan sonra yolda canavara rast gəldi. -Qoğal, ay qoğal mən səni yeyəcəm. -Məni yemə, canavar qardaş .Sənə mahnı oxuyaram,- dedi və oxumağa başladı: Umdum qoğal olmuşam Süd ilə yoğrulmuşam Babadan da qaçmışam, nənədən də qaçmışam, Dovşandan da qaçmışam, Səndən nə var qaçmağa, deyib dığırlanaraq qaçdı.
Qoğal bir az da dığlrlandıqdan sonra yolda ayıya rast gəldi. -Qoğal, ay qoğal mən səni yeyəcəm. -Məni yemə, ayı qardaş .Sənə mahnı oxuyaram,- dedi və oxumağa başladı: Umdum qoğal olmuşam Süd ilə yoğrulmuşam Babadan da qaçmışam, nənədən də qaçmışam, Dovşandan da qaçmışam, Canavardan da qaçmışam, Səndən nə var qaçmağa, deyib dığırlanaraq yenə də qaçdı.
Qoğal bir az da dığlrlandıqdan sonra yolda tülküyə rast gəldi. -Qoğal, ay qoğal, sən nə qəşəngsən. Qoğal isə oxumağa başladı. Umdum qoğal olmuşam Süd ilə yoğrulmuşam Babadan da qaçmışam, nənədən də qaçmışam, Dovşandan da qaçmışam, Canavardan da qaçmışam, Ayıdan da qaçmışam, Səndən nə var qaçmağa.
Tülkü dedi: - Nə gözəl mahnıdır bu.Amma, qəşəng qoğalım mənim, mən qocalmışam, pis eşidirəm, sən gəl otur mənim burnuma və mahnını burda oxu ki, yaxşı eşidim.Qoğal tülkünün burnuna tullandı və mahnısını yenə oxudu. - Çox sağ ol, qoğal, ela mahnıdır.Yenə də eşitmək istərdim.Sən gəl dilimin üstündə otur və mahnını sonuncu dəfə yenə də oxu mənimçün. Qoğal elə təzəcə tülkünün dilinin üstünə atlamışdı ki, tülkü - HAM deyib qoğalı yedi.

 
 

Bugün 4 ziyaretçi (13 klik) kişi burdaydı!

 

 
MSN Search
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol