Cik-Cik xanım

   
 


 

 

Ana Sayfa

Menim olkem Azerbaycan

Mekteblilere

Her sey usaqlar ucun!

Nagillar

=> Şəngülüm, Şüngülüm, Məngülüm

=> Dovşanın qulaqları niyə uzundur?

=> Cik-Cik xanım

=> Qoğal

=> Turpun nağılı

=> Tülkü nece uçmaq öyrendi

=> Günəşin nağılı

Tapmacalar

Boyama resmleri

Rengareng sekiller

Oyunlar

Saytin Xeritesi

 


     
 


Biri var idi, biri yox idi, bir serçə var idi. Adı Cik-Cik xanım idi. Bir gün Cik-Cik xanım bu qaratikan kolundan, o birinə qonub cik-cik eləyirdi. Birdən Cik-Cik xanımın ayağına tikan batdı, nə qədər əlləşdi, çıxara bilmədi. Gözlərinin yaşını töküb ağlamağa başladı. Qarı nənə onu görüb soruşdu: -Ay Cik-Cik xanım, nazlı xanım, məzəli xanım, niyə ağlayırsan?  Cik-Cik xanım ağlaya-ağlaya qarı nənəyə cavab verdi: -Ay qarı nənə, ayağıma tikan batıb, qanayıb, gəl çıxart! Qarı nənə Cik-Cik xanımın ayağından tikanı çıxarıb təndirə atdı. Cik-Cik xanımın kefi duruldu. Bir o yana, bir bu yana uçub dedi: -Qarı nənə, mənim tikanımı qaytar! Qarı nənə dedi: -Haradan alım, atdım təndirə, yandı. Cik-Cik xanım dedi: -Mənə nə borc, tikanımı ver! Verməsən, çörəyini götürüb qaçaram. Qarı nənə güldü.
Cik-Cik xanım o yana uçdu, bu yana uçdu, Qarı nənənin çörəyini götürüb qaçdı. Cik-Cik xanım göy ilə uçurdu, gördü yerdə bir çoban qoyun sağır. Yerə qondu, çobana tərəf gəlib dedi: -Bərəkətli olsun, çoban qardaş! Çörək gətirmişəm, al, südə doğra, ye! Çoban çörəyi aldı, çanağına doğradı, üstünə də süd töküb dedi: -Cik-Cik xanım, nazlı xanım, məzəli xanım, gəl sən də ye. Cik-Cik xanım cavab verdi: -Mən toxam, yemirəm, özün ye. Çoban çörəyi yeyib qaçaram.Cik-Cik xanım qanadlarını yellədib dedi: -Ay çoban qardaş, mənim çörəyimi ver, gedirəm. Çoban dedi: -Çörəyini haradan alım? Yedim, getdi. Cik-Cik xanım dedi: -Mənə nə borc yedin. Çörəyimi ver, yoxsa qoyununu götürüb qaçaram! Çoban gülüb dedi:
-Ay Cik-Cik xanım, nazlı xanım, məndə nə günah var ki, qoyunumu aparasan? Çörəyi özün verdin, mən nə dedim. Cik-Cik xanım dedi: -Gör indi sənin başına nə oyun gətirəcəyəm? Cik-Cik xanım o yana uçdu, bu yana uçdu, çobanın qoyununu götürüb qaçdı. Çoban qışqırmağa başladı: -Ay aman, ağam məni öldürəcək! Cik-Cik xanım caynağında qoyun uçurdu, gördü ki, bir dəstə atlı gəlir, onlara yaxınlaşıb soruşdu: -Ay qardaşlar, hara gedirsiniz? Atlılar cavab verdilər: -Cik-Cik xanım, nazlı xanım, gedirik padşaha gəlin gətirək. Cik-Cik xanım uçub padşahın qapısına qondu, qoyunu xidmətçilərə verib dedi: -Alın, padşahın toyuna gətirmişəm. Cik-Cik xanım içəri girib yuxarı başda əyləşdi. Xidmətçilər qoyunu kəsib, kabab bişirdilər, qonaqlara payladılar. Qazı ilə Cik-Cik xanıma da bir qabda kabab qoydular. Qazı tez-tez yeyib Cik-Cik xanımı ac qoydu. Cik-Cik acığa düşüb padşaha dedi: -Mənim qoyunumu ver! Dedilər: -Qoyunu yemişik, qurtarıb gedib. Cik-Cik xanım dedi: -Onu-bunu bilmirəm, qoyunumu verirsiniz, verin, vermirsiniz, gəlininizi aparacağam! Hamı güldü. Cik-Cik uçub çəpərin üstünə qondu, gözlədi. Gəlini zurna-balaban çala-çala gətirdilər. Cik-Cik xanım o yana uçdu, bu yana uçdu, gəlini atın üstündən alıb qaçdı.
Padşah bir başına döydü, bir gözünə, ağladı. Cik-Cik xanım gəlini hündür bir ağacın dibində yerə qoydu, gördü ki, ağacın kölgəsində bir aşıq saz çalır. Cik-Cik xanım dedi: -Salam əleyküm, ay aşıq qardaş, gəl gəlini verim sənə, sən də sazı ver mənə. Aşıq sevinib dedi: -Ay Cik-Cik xanım, nazlı xanım, məzəli xanım, səndən mən heç bir şey əsirgəmərəm. Al sazı! Cik-Cik xanım sazı aldı, gəlini verdi. Aşıq gəlini götürüb evinə apardı. Cik-Cik xanım ağacın gölgəsində oturub, sazı dınqıldatmağa başladı.

 
 

Bugün 3 ziyaretçi (11 klik) kişi burdaydı!

 

 
MSN Search
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol