Şəngülüm, Şüngülüm, Məngülüm

   
 


 

 

Ana Sayfa

Menim olkem Azerbaycan

Mekteblilere

Her sey usaqlar ucun!

Nagillar

=> Şəngülüm, Şüngülüm, Məngülüm

=> Dovşanın qulaqları niyə uzundur?

=> Cik-Cik xanım

=> Qoğal

=> Turpun nağılı

=> Tülkü nece uçmaq öyrendi

=> Günəşin nağılı

Tapmacalar

Boyama resmleri

Rengareng sekiller

Oyunlar

Saytin Xeritesi

 


     
 


Biri varmış, biri yoxmuş, bir keçi varmış. Keçinin üç balası varmış. Birinin adı Şəngülüm, birinin adı Şüngülüm, o birinin də adı Məngülüm. Bu keçi hər gün gedib meşədə və çöldə otlayar, geri qayıdanda buynuzunda ot, ağzında su, döşlərində süd gətirərmiş. Astanada dayanıb qapını döyərmiş, Şəngülüm, Şüngülüm, Məngülüm atıla-atıla, dingildəyə-dingildəyə qapının dalına gəlib soruşarmış: -Kimdir?
-Şəngülüm, Şüngülüm, Məngülüm! Açın qapını, mən gəlim! Ağzımda su gətirmişəm, Döşümdə süd gətirmişəm, Buynumuzda ot gətirmişəm.Balaları elə bilir ki, bunları çağıran analarıdır. Cəld qapını açdılar. Qurd o saat Məngülümü yedi, Şəngülüm, Şüngülüm qaçıb gizləndilər. Qurd çox axtardı, onları tapmadı. Keçinin qorxusundan qaçıb getdi. Elə ki, Qurd getdi, Şəngülüm, Şüngülüm gizləndikləri yerdən çıxıb qapını bağladılar. Bir küncə oturub ağlamağa başladılar. Axşam düşdü. Keçi örüşdən qayıdıb qapını nə qədər döydü, ona cavab verən olmadı.
Çəpişlər elə bildilər ki, yenə də Qurddur. Ona görə cavab vermədilər. Keçi geri çəkilib qapıya bir buynuz ilişdirdi. Dalbadal bir buynuz, iki buynuz Şəngülümlə Şüngülüm gördü ki, qapını sındıracaq, gəlib qulaq verdilər, balaca deşikdən baxdılar ki, analarıdır. Qapını açdılar. Keçi onlardan soruşdu: -Bəs, Məngülüm hanı? Onlar başladılar ağlamağa. Əhvalatı analarına danışdılar. Keçi hirslənib dedi: -Yaxşı, Qurdla mənimki qalsın, siz qapını bağlayın, evdə oturun. Bəli, Keçi düşdü yolun ağzına. Az getdi, çox getdi, gəlib bir damın üstünə çıxdı. Ayaqlarını yerə döyməyə başladı. İçəridən səs gəldi:-O kimdi, damın üstə. Tappır-tuppur döyür Ayağın damın üstə.Keçi dedi: -Balamı sən yemisən? Tülkü dedi: -Yox, mən yeməmişəm, get Qurddan soruş. Keçi ordan dəmirçinin yanına gəlib dedi: -Dəmirçi qardaş, mənim buynuzlarımı qılınc kimi iti elə, nizə kimi şiş. Sənə bir kasa qaymaq, bir kasa da süd verəcəyəm. Dəmirçi razı oldu. Bir azdan Keçinin buynuzları qılıncdan da iti oldu. Keçi onun qaymağını, südünü verdi. Keçi getdi çıxdı Qurdun damının üstünə. Bu vaxt qurd da bir qazan aş asmışdı, ocağın üstə bişirirdi. Keçi damı döyəndə bunun aşının içinə torpaq töküldü. Onda qurd çağırdı: -O kimdir damım üstə, Toz tökər şamım üstə? Aşımı şor eylədi, Gözümü kor eylədi?Keçi cavab verdi: Mənəm, mənəm, canavar Buynuzum qoşa-qoşa. Balamı sən yemisən Gəl girək bir savaşa. Qurd cavab verdi: -Çox gözəl, gəl savaşa, elə mən səni axtarırdım. Qurd sözünü tamam elədi. Dişlərini qıçırtdi, istədi Keçini yesin. Keçi ona aman vermədi. Geri çəkilib irəli gəldi, ona elə bir buynuz vurdu ki, buynuzlar iki qarış onun döşünə işlədi. Qurd bərkdən ulayıb yerə yıxıldı. Keçi o saat onun qarnını yırtıb Məngülümü çıxartdı, bağrına basdı, gözlərindən öpdü. Qurd qışqırıb dedi: -Vay qarnım, vay. Keçi dedi: -Məngülümü yeməyəydin! Vay qursağım deməyəydin! Xain Qurd öldü. Keçi balası Məngülümü götürüb evə yollandı. Şəngülüm, Şüngülüm Məngülümü görəndə çox sevindilər. Onun üzündən-gözündən öpdülər, şadlıq elədilər.

 
 

Bugün 1 ziyaretçi (8 klik) kişi burdaydı!

 

 
MSN Search
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol