Menim olkem Azerbaycan

   
 


 

 

Ana Sayfa

Menim olkem Azerbaycan

Mekteblilere

Her sey usaqlar ucun!

Nagillar

Tapmacalar

Boyama resmleri

Rengareng sekiller

Oyunlar

Saytin Xeritesi

 


     
 

usaqarzulari

Azerbaycan Ana Yurdum. Ərazi Azərbaycan Respublikasının ərazisi - 86,6 min km² (11,5% meşələr, 1,6% su hövzələri, 50,0% becərilən torpaqlar, o cümlədən 27,0% otlaqlar, 36,9% sair torpaqlar) təşkil edir. Ölkə 39° 24', 41° 54' şimal en dairələri arasında və 44° 46', 50° 45' şərq uzunluğunda, Bakı 40° paralel üzərindədir. Sərhədlərin ümumi uzunluğu 3472km, onun 825 km-i su sərhəddidir. Cənubdan İran-la 765 km və Türkiyə ilə 15 km (bəzi məlumatlarda 13 və ya 11), şimaldan Rusiya ilə 391 km, şimali-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Sahil xəttinin uzunluğu - 713 km, Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 km, ekvatora qədər olan məsafə isə 4440 km-dir. Azərbaycan Respublikası Cənubi Qafqazın şərq hissəsində, Xəzər dənizinin sahilində yerləşir və sahəsi 86,6 min kv. km-dir. Dəniz səviyyəsindən ən ucqar nöqtə Bazardüzü (4466), ən aşağı nöqtə isə -28 m Neftçala rayonu ərazisindədir. orta yüksəklik 657 m-dir. Dövlət Rəmzləri Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir. Paytaxt
Bakı Abşeron yarımadasının cənubunda, Xəzər dənizinin sahilində yerləşir, onun ərazisi 2200 kv km, əhalisinin sayı 3 milyona yaxındır. Bundan başqa hazırda Bakı şəhərində erməni qəsbkarlarının işğal etdiyi rayonlardan və Ermənistan Respublikasından qovulmuş 500 minə yaxın qaçqın və məcburi köçkünlər yaşayır. Bakı özündə 11 inzibati rayonu, 5 şəhər tipli qəsəbəni birləşdirir.
Azərbaycan Respublikası əhalisinin gündəlik ünsiyyət vasitəsi və rəsmi dövlət dili Azərbaycan dilidir. Azərbaycan dili İran İslam Respublikasında Cənubi Azərbaycanda yaşayan 35 milyonluq Azərbaycanlının da ana dilidir. Rusiya-da, Amerika Birləşmiş Ştatları-nda, Türkiyə-də və Qərbi Avropa ölkələrində bir neçə milyon azərbaycanlı yaşayır. Bir neçə yüzilliklər ərzində müxtəlif ölkələrin sakinləri olmalarına baxmayaraq, bu gün də hansı ölkədə yaşamalarından asılı olmayaraq, Azərbaycanlılar bir-birlərini sərbəst anlayırlar. Beləliklə, yer üzündə hazırda Azərbaycan dilində danışan 50 milyondan çox adam yaşayır. Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir. Hazırda Azərbaycanda latın qrafikası əsasında yaradılmış Azərbaycan əlifbasından istifadə edilir. Bayramlar və xüsusi günlər Rəsmi 1 Yanvar - Yeni İl 20 Mart - 21 Mart - Novruz bayramı 28 May - Respublika günü 15 İyun - Milli Qurtuluş günü 26 İyun - Azərbaycan Silahlı Quvvələri günü 18 Oktyabr - Azərbaycan Respulikasının Dövlət Mustəqilliyi günü 12 Noyabr - Konstitusiya Günü 17 Noyabr - Milli Dirçəliş günü 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü Dini Qurban Bayramı (2 gün) Ramazan Bayramı (2 gün)


E-mail adresin:
İsmin:
Başlık:
Mesajın:

 
 

Bugün 5 ziyaretçi (14 klik) kişi burdaydı!

 

 
MSN Search
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol