Dovşanın qulaqları niyə uzundur?

   
 


 

 

Ana Sayfa

Menim olkem Azerbaycan

Mekteblilere

Her sey usaqlar ucun!

Nagillar

=> Şəngülüm, Şüngülüm, Məngülüm

=> Dovşanın qulaqları niyə uzundur?

=> Cik-Cik xanım

=> Qoğal

=> Turpun nağılı

=> Tülkü nece uçmaq öyrendi

=> Günəşin nağılı

Tapmacalar

Boyama resmleri

Rengareng sekiller

Oyunlar

Saytin Xeritesi

 


     
 


Bir dəfə Dovşanla Qoyun rast olurlar. Qərara aldılar ki, ömürləri boyu bir-birindən ayrılmasınlar. Qoyun Dovşana dedi: - Gəl, özümüzə koma tikək. - Tikək də. Nə deyirəm? Ertəsi günü Dovşanla Qoyun meşəyə taxta-şalban dalınca getdilər. Enli, gövdeli bir ağaca yaxınlaşdılar. Qoyun dedi:- Mən bu ağacı kökündən qırıb, yerə yıxaram. - Qıra bilməzsən? - İndicə qıraram, görərsən. Qoyun dal-dalı qaçıb ağaca bir kəllə vurdu. Ağac tappıltı ilə yerə yıxıldı. Dovşan fikirləşdi, ağac qırmaq nə asanmış? Bunu mən də bacararam. Onlar başqa ağaca yaxınlaşdılar. Dovşan dedi: - Bu ağacı mən də qıracağam. Qoyun gülü-gülə dedi:
- Bacarmazsan. - Mən qırım, sən də tamaşa elə. Dovşan dal-dalı qaçıb alnını zərblə ağaca vurdu. Ağac tərpənmədi. Dovşanın başı isə çiyinləri arasına keçdi. Qoyun dostuna kömək etmək üçün yaxına gəldi.- Möhkəm dur, qulaqlarından tutub başını çiyinlərindən çəkib çıxardacağam. Qoyun Dovşanın qulaqlarını buraxmadı. Dovşanın başını çiyinlərindən dartıb çıxartdı. Qulaqlarını isə az qala yerindən qoparacaqdı. O, vaxtdan bəri Dovşanın qulaqları uzundur.

 
 

Bugün 2 ziyaretçi (9 klik) kişi burdaydı!

 

 
MSN Search
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol