|
Biri var idi, biri yox idi. Bir gün Baba bir turp əkdi və dedi:
-Böyü,böyü,turpum,şəkər ol, möhkəm ol!
Günlər keçdi, Babanın turpu böyüyüb çox böyük bir turp oldu.
Baba turpu çıxarmağa gəldi, dartdı- dartdı, çıxara bilmədi.
Baba nənəni köməyə çağırdı, nənə babanı, baba turpu
dartdılar- dartdılar, çıxara bilmədilər.
Nənə nəvəni köməyə çağırdı, nəvə nənəni, nənə babanı, baba turpu
dartdılar- dartdılar, çıxara bilmədilər.
Nəvə Toplanı köməyə çağırdı,Toplan nəvəni, nəvə nənəni, nənə babanı, baba turpu dartdılar- dartdılar, çıxara bilmədilər.
Toplan Məstanı köməyə çağırdı,Məstan Toplanı, Toplan nəvəni, nəvə nənəni, nənə babanı, baba turpu dartdılar- dartdılar, çıxara bilmədilər.
Məstan siçanı köməyə çağırdı,siçan Məstanı, Məstan Toplanı, Toplan nəvəni, nəvə nənəni, nənə babanı, baba turpu dartdılar- dartdılar
Və çıxardılar.

|
|