|
Günlərən bir günü tülkü ilə durna rastlaşırlar.
-Necesən tülkü baba?
-Sanki her şey yaxşı kimidir, amma mən uçmağı bacarmıram...
- ele isə gəl mən sənə uçmaq öyrədim.Gəl min çiyinlərimə.
Tülkü durnanın çiyinlərinə mindi, onlar havaya qalxdılar.
-He tülkü baba, hazırsan?
- Hazır olmağına hazıram, amma necə uçacam?
- Bax ele belece de uç! - deyib durna tülkünü çiynindən aşağı atdı.Tülkü daş kimi aşağı uçmağa başladı və yerə düşdü.
Durna da tülkünün ardınca yerə endi.
-Nə oldu, tülkü baba, öyrəndinmi uçmağı?
-Oy, sanki uça bilirəm, amma yerə enmək çətin olur.
-Əgər belədisə, yenidən çiyinlərimə min, bu dəfə yerə enməyi öyrənəcəksən.
Tülkü əzilə-büzülə yenidən durnanın çiyinlərinə mindi.Durna bu dəfə tülkünü daha yuxarı buludların altına qədər qaldırıb yenidən aşağı buraxdı.
Bu səfər tülkü düz bataqlığa düşdü.Zorla canını qurtara bildi.
Amma nə yazıq ki, tülkü uçmaq öyrənə bilmədi.

|
|